Putin Paşinyanla razılaşmayıb | VİDEO

   Putin Paşinyanla razılaşmayıb    |  VİDEO
  10 Oktyabr 2025    Oxunub:1079
Düşənbədə keçirilən MDB sammitində Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə Ermənistan arasında ticarət rəqəmləri ətrafında mübahisə ediblər.
AzVision.az xəbər verir ki, Nikol Paşinyan 2025-ci il üçün 4 milyard dollarlıq ticarət dövriyyəsi proqnozunu açıqlayıb və ötən ilki rəqəmin 9 milyard dollar olduğunu bildirib.

Lakin Rusiya prezidenti Valdimir Putin rəqəmlərin daha yüksək olduğunu vurğulayıb.

“Daha çox. Keçən il daha çox idi. Bu il isə daha çox olacaq... Aydındır. Bu, sadəcə olaraq, göz qabağındadır. Amma bu əhəmiyyətli deyil”, - Rusiya lideir iki ölkə arasında ticarət rəqəmlərini şərh edib.

Rəsmi məlumatlara görə, 2024-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 1,6 dəfə artaraq 12 milyard dolları ötüb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   paşinyan   mübahisə  



Xəbər lenti